|
Hindistanda ağır qəza: 22 sərnişin diri-diri yanıb

Hindistanda ağır yol qəzası baş verib.

Trend-in "NDTV" telekanalına istinadən verdiyi xəbərə görə, avtobusun yük maşını ilə toqquşmasından sonra yanğın başlayıb.

Hadisə nəticəsində avtobusda olan 22 nəfər diri-diri yanaraq ölüb.

Cia.az