|
Eden Azar sıradan çıxdı
Belçika millisinin futbolçusu Eden Azar zədələnib.

Qol.az-ın Belçika Futbol Federasiyasının "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, o, komandanın məşqi zamanı topuğundan zədə alıb. "Çelsi"nin 26 yaşlı yarımmüdafiəçisinin bərpa müddətinin 6-8 həftə çəkəcəyi bildirilib.

Bu isə o deməkdir ki, E.Azar Çexiya ilə yoldaşlıq görüşünü və  DÇ-2018-in seçmə mərhələsində Estoniya ilə matçı buraxacaq

Cia.az