Azərbaycanda turizm sahəsində tanınmış şəxs, "Silk Way Travel" şirkətinin baş direktoru Şirzad Əfəndiyev ötən gün dünyasını dəyişib.
Bu barədə SalamNews-a mərhumun yaxınları məlumat veriblər.
Məlumata görə, Ş.Əfəndiyev qəfil ürək tutmasından həyatını itirib.
Mərhum bu gün dəfn ediləcək. Vida mərasimi Bakının Binəqədi rayonundakı Heydər məscidində keçiriləcək.
Allah rəhmət eləsin!
Cia.az
