Hindistanla Pakistan arasında yenidən gərginlik yaranıb.
Axar.az xəbər verir ki, tərəflər arasında gərginlik Kəşmir ştatında baş verib. Rəsmi İslamabadın açıqlamasına görə, gərginliyə səbəb Hindistan ordusunun açdığı atəş olub. Atəş nəticəsində 2 Pakistan vətəndaşı həlak olub, 6 nəfər yaralanıb.
Artıq Pakistan Xarici İşlər Nazirliyi Hindistanın İslamabaddakı səfirinə etiraz notasını təqdim edib.
cia.az
