"Mançester Siti" futbolçusu Yaya Ture ilə müqavilənin müddətini uzadıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 34 yaşlı yarımmüdafiəçi daha 1 il İngiltərə təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Y.Ture 2010-cu ildən "Mançester Siti"də çıxış edir. O, indiyə kimi 299 matçda 79 qol vurub, 48 qolun ötürməsini verib
