|
Aygün: “İstəyirəm azərbaycanlı qazansın"

Türkiyədə keçirilən “O səs Türkiyə” yarışmasının “çarpaz duel” mərhələsində auditoriya seçimindən keçə bilməyən azərbaycanlı iştirakçı fikirlərini bölüşüb.

ANS PRESS-in məlumatına görə, Türkiyədə yaşayan azərbaycanlı müğənni Aygün Miyak İsmayılova yarışmadan uzaqlaşdırılmasında münsifləri yox, seçim haqqı verilən izləyiciləri günahlandırıb.

“Müsabiqəyə qatıldığım və Mazhar bəylə Özkan bəyi tanıdığım üçün xoşbəxtəm. Məni də elə jüri yox, əlinə düyməcik verilən məktəblilər uzaqlaşdırdı. İndi isə çox istəyirəm bu müsabiqəni azərbaycanlı bir iştirakçı qazansın” – deyə A.İsmayılova ANS PRESS-ə açıqlamasında bildirib.

Müğənni həmçinin, yaxın gələcəkdə gözəl layihələrlə sevənlərini təəccübləndirəcəyini vurğulayıb. 

Qeyd edək ki, "O səs Türkiyə"də 4-cü tura kimi irəliləyən ifaçı Mazhar Alanson və Özkanın komandasında yarışırdı. Yarışmanın son "çarpaz duel" mərhələsində Aygündən başqa, İsmayıl Qubliyev də az səs toplayaraq proqramı tərk edib.