|
Vahid Əliyev  Prezidentin hərbi məsələlər üzrə köməkçisi vəzifəsindən azad olundu

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyasının strukturunda dəyişikliklər edib.
Cia.az saytı xəbər verir ki, bu dəyişiklik nəticəsində Prezidentin hərbi məsələlər üzrə köməkçisi general-leytenant Vahid Əliyev vəzifəsindən azad olunub. 

Əvəzində Fuad Ələsgərov prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.

Cia.az