Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb.
Qol.az-ın BBC-yə istinadən yaydığı xəbərə görə, siyahını KPMG auditor kompaniyası tərtib edib.
Araşdırma 5 meyara - gəlirlər, məşhurluq, stadiondan, teleyayımdan əldə olunan vəsait və idman potensialına əsasən aparılıb.
KPMG-nin araşdırmasına əsasən, dünyanın ən bahalı 10 klubunun siyahısı aşağıdakı kimidir:
1. “Mançester Yunayted”- 3.09 milyon avro
2. “Real” - 2.97 milyon avro
3. “Barselona” - 2.76 milyon avro
4. “Bavariya” - 2.44 milyon avro
5. “Mançester Siti” - 1.97 milyon avro
6. “Arsenal” - 1.95 milyon avro
7. “Çelsi” - 1.59 milyon avro
8. “Liverpul” - 1.33 milyon avro
9. “Yuventus” - 1.21 milyon avro
10. “Tottenhem” - 1.01 milyon avro
Cia.az
