|
Türkiyəli hücumçu “Vilyareal”da

Türkiyəli hücumçu Enes Ünal “Mançester Siti”ni tərk edib. 

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Ünal karyerasını “Vilyareal”da davam etdirəcək. 

Gənc futbolçu yeni klubu 5 illik müqavilə imzalayıb. Keçid La Liqa klubuna 13,5 milyon avroya başa gəlib. 

Qeyd edək ki, 20 yaşlı forvard son mövsümü icarə əsasında “Tvente”də keçirib və 19 qol vurub

Cia.az