|
Türkiyənin "Yeni Kıvanç Tatlıtuğ"u

Fox TV-nin reytinqli serialı "Savaşçı"ya daxil olan Mert Öcal ilk seriyadan diqqətləri üzərinə çəkib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sosial mediada aktyor Öcalı ilk baxışda Kıvanç Tatlıtuğa bənzədiblər. "Kıvanç Tatlıtuğa yeni rəqib" adlandırılan aktyor 1982-ci ildə anadan olub.

O, "Best Model of Turkey" seçildikdən sonra 2004-cü ildə "Best Model of The World" yarışmasını qazanan aktyor daha sonra "Görgüsüzler", "Oyun Bitti", "Asla Unutma", "Nehir", "Doktorlar", "Aşk Yeniden" və "Rüyalarda Buluşuruz" kimi seriallarda, dəfilələrdə yer alıb.

Aktrisa Türkan Şorayın qızı Yağmur Ünalla da bir müddət sevgi yaşayan M.Öcal "Savaşcı" ilə tamaşaçının diqqətini çəkə bilib.

Cia.az