Aktrisa Eva Mendes və aktyor Rayan Qoslinqin ayrılma səbəbi bəlli olub.
Ayrılığı aktyor istəyib.
Ailəyə yaxın mənbə bildirib ki, buna səbəb Evanın Rayanı “La la Land” filmində çəkilən Emma Stouna qısqanması, hər gün buna görə onunla mübahisə etməsidir.
Bundan başqa, Mendesin son vaxtlar özünə qapalı olması və evdən bayıra çıxmaq istəməməsi də Rayanın xoşuna gəlməyib.
Aktrisanın hətta “Oskar” mükafatlandırma mərasimində də Qoslinqi tək qoyması buna bir daha sübutdur. Aktyor gecəyə bacısı ilə qatılmışdı.
Qeyd edək ki, 2011-ci ildən sevgili olan cütlüyün 2 qızı var.
Cia.az
