|
Zirədə piyada vurulub

Bakının Xəzər rayonunda avtomobil piyadanı vurub.

 

"Report" xəbər verir ki, hadisə 1977-ci il təvəllüdlü Məmmədov Ramin Nadir oğlu Zirə qəsəbəsində yolu keçmək istəyən zaman baş verib. Qəzanı "VAZ-2107" markalı avtomobil törədib. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

 Cia.az