|
Demokratlar İranın qarşısında geri çəkildi

ABŞ Senatında bir qrup demokrat İrana qarşı mövqelərini yumşaldaraq bildiriblər ki, bu ölkəyə qarşı tətbiq olunacaq yeni sanksiyaları dəstəkləməyəcəklər.

ANS PRESS-in məlumatına görə, senator Bob Menendez prezidentə yazdığı məktubda bildirir ki, o respublikaçı həmkarı Mark Kirklə birlikdə yazdığı qanun layihəsindən geri çəkilir.

Bu qanun layihəsi Tehran üzərinə daha sərt sanksiyaların qoyulmasına imkan verməli idi .

Menendez bildirib ki, o və partiyadaşları ən azı martın 24-dək İrana qarşı heç bir sanksiyanı dəstəkləməyəcəklər.

Administrasiya məhz həmin vaxtadək rəsmi Tehranın ziddiyyətli nüvə proqramına dair razılaşmanın əldə olunacağına ümid bəsləyir.

Bununla belə, Menendez və daha 10 demokrat martın 24-dən sonra eyni mövqedə qalacaqlarına təminat vermirlər.
ABŞ mətbuatı bildirir ki, demokratların geri çəkilməsi layihənin Senatdan keçməsini əngəlləyə bilər.

Media həmçinin qeyd edir ki, bu mövqeyi daha çox demokrat dəstəkləyərsə, layihə ümimiyyətlə iflasa uğraya bilər.
Belə ki onun prezidentin vetosunu aşması üçün səslərin üçdə ikisi lazımdır.

Qeyd edək ki, hazırda prezident Barak Obama da bu mövqeyi dəstəkləyir