|
Hakan Şükürə daha bir zərbə -

Türkiyə Futbol Federasiyası yığmanın və “Qalatasaray”ın sabiq futbolçu Hakan Şükürlə bağlı qərar gözlənilməz qərar qəbul edib. 
TFF-nin rəsmi saytının yaydığı məlumatda qeyd olunub ki, federasiyasının Baş Assambleyasından öncə Hakan Şükürün səsvermə hüququ ləğv edilib. 
Onun yerinə isə Ogün Temizkanoğlu seçilib və iyunun 9-da keçiriləcək Baş Assamblyeda da məhz o, səs verəcək. 
Xatırladaq ki, hazırda ABŞ-da yaşayan H. Şükürün FETÖ ilə əlaqəsinin olduğu deyilir

Cia.az