ABŞ-la Səudiyyə Ərəbistanı arasında böyük silah müqaviləsi Yaxın Şərqdə gərginliyi aşağı salmayacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyel söyləyib.
“Ər-Riyad-Vaşinqton razılaşması bizim yanlış yolda olduğumuzu göstərir. Bu regionda kifayət qədər olan yeganə şey silahdır”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ-la Səudiyyə Ərəbistanı arasında ümumi dəyəri 350 milyarddan çox olan silah müqaviləsi imzalanıb.
Cia.az
