|
228 min dollara ətir

Dünyanın ən bahalı ətri 228 min ABŞ dollarına satılır.
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Londonda məşhur ticarət mərkəzi “Harrods”da açılan “Salon de Parfum” mağazasında İngiltərə ətriyyatçısı Klayv Kristiyan No.1 adıyla xüsusi ətir düzəldib.
Normal qiyməti 720 ABŞ dolları olan ətrin özəl hazırlanmış şüşə qabı 2 min sarı almazla, 24 karat qızıl işləmə ilə düzəldilib. Qabın üzərində olan aslan loqosu nadir tapılan çəhrayı almazla işlənilib.
Ətir "Ginnesin Rekordlar Kitabı"na daxil olub.