|
Xırdalanda mənzildə yanğın olub

Xırdalanda yanğın hadisəsi qeydə alınıb.
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 74 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 25 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cia.az