|
"Favorit "Real"dır" - Alleqri

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının finalında "Real"la oyun öncəsi fikirlərini bildirib.

Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, o, görüşün favoriti olmadıqlarını deyib:

"Çempionlar Liqasında üç il ərzində iki dəfə qalib olan komandaya qarşı oynayacağıq. Bizdə özünəinam yüksək səviyyədədir. Çempionlar Liqasının kubokunu qazana bilərik. Amma favorit "Real"dır".

Qeyd edək ki, "Yuventus" - "Real" görüşü iyunun 3-ü keçiriləcək

Cia.az