Müğənni Murad Bozun keçmiş sevgilisi modelyer və aktrisa Eliz Sakuçoğlu yenə paylaşdığı fotosu ilə gündəm olub.
Cia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, ABŞ-da yerləşən “Havasu” şəlaləsini görmək üçün canını təhlükəyə atıb.
Belə ki, Arizonadakı “Böyük Kanyon”da macəra dolu bir gəzintiyə start verən stil məsləhətçisi bir çox insanların ölümünə görə qadağan edilmiş şəlaləyə baş çəkib.
Rəfiqələri ilə yola çıxan Sakuçoğlu 21 kilometrlik təhlükəli yollardan sonra məqsədinə nail olub. Cənnət kimi bir mənzərəylə qarşılaşan Eliz yorğunluğunu şəlalənin buz kimi sularına atlayaraq çıxarıb.
Modelyer gəzintidə çəkilmiş şəkillərini sosial media hesabında yerləşdirib. İzləyiciləri onun cəsarətinə heyran olublar.
Cia.az
