|
Cinayət Məcəlləsinin 124 maddəsi dəyişdirilir – cərimələr ARTIRILIR

Azərbaycan Cinayət Məcəlləsinin bəzi maddələri üzrə cərimələrin artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisin  mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Cia.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 124 maddəsi üzrə dəyişiklik təklif edilir.

Layihədə cərimələrin, o cümlədən bəzi maddələr üzrə həbs müddətinin artırılması nəzərdə tutulur.

Xatırladaq ki, dəyişiklik layihəsi Milli Məclisin aprelin 25-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmışdı. 

Cia.az