|
Neft hasilatının liderləri

Novator.az 2016-cı il üzrə neft hasilatı rəqəmlərinə nəzər salıb. Globalfirepower.com-da yer alan siyahının ilk pilləsində günə 10,1 milyon barrel hasilatla Rusiya dayanıb.

Səudiyyə Ərəbistanı 9,7 milyon barrellə ikinci, ABŞ 8,6 milyon barrellə üçüncü olub.

İlk onluqda bu ölkələr də var:

Çin – 4,2 milyon barrel

Kanada – 3,6 milyon barrel

İraq – 3,7 milyon barrel

İran – 3,2 milyon barrel

Birləşmiş Ərəb Əmirlikləri – 2,8 milyon barrel

Küveyt – 2,6 milyon barrel

Venesuela – 2,5 milyon barrel.

Azərbaycan 2016-cı il üzrə neft hasilatında 21-ci yerdə göstərilib, ölkənin gündə 845,9 min barrel neft hasil etdiyi bildirilir.

Novator.az xatırladır ki, iri neft ölkələrini birləşdirən OPEK bu il yanvarın 1-dən gündəlik hasilatı iyulun 1-dək 1,2 milyon barrel azaldıb. Təşkilata daxil olmayan ölkələr hasilatı 558 min barrel düşürüb. Azərbaycan gündəlik hasilatı 35 min barrel azaltmağa razı olub.

Mayın 25-də OPEK neft hasilatının azaldılması barədə sazişin müddətini 2018-ci il aprelin 1-dək uzadıb. Təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

Cia.az