|
Beyl və Karvahal böyük finala hazırdırlar

"Real"ın futbolçuları Qaret Beyl və Dani Karvahal zədələrini sağaldıblar.

cia.az-ın "As" qəzetinə istinadən yaydığı xəbərə görə, sözügedən oyunçular komanda ilə ümumi məşqlərə başlayıblar. 
Onların Çempionlar Liqasının finalında "Yuventus"la oyuna hazır olduqları bildirilib.

Qeyd edək ki, "Yuventus" - "Real" görüşü iyunun 3-ü keçiriləcək

Cia.az