|
Bakıda qorxunc hadisə:6 yaşlı uşağın başına mismar girdi

Bakıda 6 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Lent.az xəbər verir ki, Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 6 yaşlı Əlişah Əzizov həyətdə oynayarkən yıxılıb. Bu zaman onun başına mismar batıb. O, təcili olaraq xəstəxanaya aprılıb və tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

Cia.az