|
"Karyeramı "Barselona"da başa vurmayacam" - İnyesta

"Barselona"nın futbolçusu Andres İnyesta gələcək karyerası ilə bağlı önəmli açıqlama verib.

Cia.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, futbolçu karyerasını böyük ehtimalla Kataloniya klubunda başa vurmayacağını deyib:

"Barselona" ilə müqaviləmi uzatmaq barədə isə bir şey deyə bilmərəm. Cari mövsümü təhlil etmək lazımdır. Bundan sonra qərarımı verəcəm".

Qeyd edək ki, İnyesta ilə "Yuventus"un maraqlandığı iddia edilir.

Cia.az