Təbrizin “Traktor Sazi” klubunun yeni baş məşqçisinin adı məlum olub.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “al qurdlar”ı bundan sonra Yahya Qolmohammadi çalışdıracaq.
Qolmohammadi azərbaycanlıların çoxluq təşkil etdiyi Ərdəbil şəhərindəndir. O, “Persepolis”, “Zob Ahan”, “Neft Tehran” kimi komandaları çalışdırıb.
Cia.az
