“İntizam məsuliyyətinə cəlb olunmuş 85 əməkdaşdan 41-i xidmətdən xaric edilib”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu statistikanı dünən keçirilən kollegiya iclasında nazir Ramil Usubov açıqlayıb.
R.Usubov qeyd edib ki, 2014-cü ildə insan hüquqlarının pozulması hallarına yol verən əməkdaşların sayı 4 faiz, o cümlədən əsassız saxlamalar 11,4 fazi azalıb: “Döymə, işgəncə vermə, qanunsuz axtarış aparma halları qeydə alınmayıb: “İnsan hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayətlər hərtərəfli və obyektiv araşdırılaraq təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilib. Belə ki, daxili nəzarət qaydasında həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlarla kobud rəftara görə 133, əsassız saxlamaya görə 31, əsassız polisə gətirməklə bağlı 38 fakt üzrə 343 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülüb. Eyni zamanda, korrupsiya hüquqpozmaları ilə əlaqədar intizam məsuliyyətinə cəlb olunmuş 85 əməkdaşdan 41-i xidmətdən xaric edilib, 28-i aşağı vəzifəyə keçirilib, 16-ı barədə digər tənbeh növləri tətbiq edilib”.
Məruzədə əldə olunan uğurlarla bərabər xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqları da nəzərə çatdıran nazir Kollegiya iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib.
