|
Eks-nazir Əli Abbasova yeni vəzifə verildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

Cia.az xəbər verir ki, iclasda AMEA-nın yeni seç­ilmiş 16 həqiqi və 25­ müxbir üzvünə diplom­lar təqdim olunub. 
Mərasim AMEA-nın prezide­nti Akif Əlizadə çıxış edib.

Onun sözlərinə görə, bu gün AMEA-da 190-a yaxın alim çalışır: "Onlar böyük ordudur. Bu gün alimlər qarşısında yeni vəzifə qoyulub".

A.Əlizadə deyib ki, dünya elmində olduğu kimi, Azərbaycan da elmin innovativ yolla inkişafına diqqət yetirməlidir.
İclasda ən maraqlı məqam keçmiş rabitə və yüksək texnologilar naziri Əli Abbasovla bağlı məlumatın açıqlanması olub. Bildirilib ki, Əli Abbasov AMEA-nın müşaviri təyin olunub.
Xatırladaq ki, Əli Abbasov 2004–2015-ci illərdə rabitə və yüksək texnologiyaları naziri vəzifəsində çalışıb.Prezidentin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib. Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində üzə çıxan irimiqyaslı korrupsiya və mənimsəmə faktlarından sonra vəzifədən kənarlaşdırıldı. Hazırda məhkəmədə həmin korrupsiya işi araşdırılır.
Cia.az