İspaniyanın “Atletiko” klubu futbolçusu Koke ilə yeni müqavilə imzalayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti 2024-cü ilin yayına qədər uzadılıb.
İspaniyalı futbolçunun sözləşməsi 2019-cu ilə qədər idi.
Qeyd edək ki, “Atletiko”n yetirməsi olan Koke bu mövsüm Madrid klubunun heyətində 54 oyun keçirib və 5 qol vurub
Cia.az
