İspaniyanın “Atletik” klubu baş məşqçisi Ernesto Valverde ilə yolları ayırıb.
Cia.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Valverde Bilbao klubunda işlədiyi 4 ildə komandanı son 16 ildə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb, həmçinin 2015-ci ildə ölkə kuboku və superkubokunu qazanıb.
O, Luis Enrikenin gedişindən sonra “Barselona”nın baş məşqçisi vəzifəsinə əsas namizəd sayılır
Cia.az
