Ağciyər xərçəngi diaqnozu qoyulan “Yeşilçam” ulduzu Hülya Koçiyitdən xəbər var.
Ötən gün Nyu-Yorkda əməliyyat olunan 70 yaşlı aktrisanın vəziyyəti yaxşıdır.
Bu barədə əməliyyatı həyata keçirən həkim Nasser Altorki deyib:
“Xərçəng ağciyərdəki hissədən təmizlənib. Hülya xanım bir müddət xəstəxanada qalandan sonra evə buraxılacaq. Lakin o, davamlı olaraq müayinələrdən keçməlidir”.
Cia.az
