|
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin bir barelinin qiyməti 54,72 dollar olub. Cia.az xəbər verir ki, bu da ötən cümə gününə olan göstəricidən 0,47 dollar/barel çoxdur.

Ölkənin neft-qaz bazarındakı mənbədən "Trend"ə verilən məlumata görə, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 53,9 dollar/barel təşkil edib. Bu da əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 22-də 51,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 22-də 53,39 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,6 dollar/barel çoxdur.

Cia.az