|
Donald Tramp Fələstinin lideri ilə İordan çayının qərb sahilində görüş keçirir

Trampın Yaxın Şərq səfərinin sonuncu günündə Fələstin lideri Mahmud Abbasla görüş keçirir.

Lakin həm İordan çayının qərb sahili, həm də Qəzzada fələstinlilər Tramp əleyhinə etirazlar keçirib. Dünən İsrail baş naziri Netanyahu ilə görüşən Tramp ABŞ və İsrail arasında güclü əlaqələrin olduğunu xüsusilə qeyd edib. Fələstin-İsrail münaqişəsinə toxunan Tramp, bu konfliktin “ən çətin iş olduğunu eşitdiyini” çıxışında söyləyib. Bununla belə, o, vurğulayıb ki, artıq əsaslı sülhün əldə ediləcəyini hiss edir.

Tramp Fələstin lideri ilə Betlehemdəki görüşün faydalı olacağına ümid etdiyini söyləyib. Görüşdən sonra Tramp Yerusəlimə qayıdacaq və “Vad Yaşem qətliamı” abidəsini ziyarət edib İsrail muzeyində çıxış edəcək (BBC).

Cia.az