Rusiyanın Kemerovo vilayətinin Berezovski şəhərində 6 yaşlı qız 4-cü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb.
Bu barədə “RİA Novosti”yə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib. Faciəvi hadisəyə səbəb uşağın baxdığı cizgi filminin qəhrəmanı kimi çətirlə uçmaq istəyinin olduğu ehtimal edilir.
Hadisə mayın 21-i axşam baş verib. Həmin gün azyaşlı qız babasının yanında olub. Lakin baba bir müddət evdən çıxıb və uşaq da həmin vaxt pəncərədən yıxılaraq ölüb. Onun düşdüyü yerdə çətir də tapılıb.
Körpəni yerli xəstəxanalardan birinə gətiriblər. Həkimlər müayinə zamanı çoxsaylı sınıqlar və zədələr aşkarlayıblar. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2016-cı ilin iyun ayında Saranskda çoxmərtəbəli binadan yıxılan 51 yaşlı kişinin meyiti tapılmışdı. Diqqəti cəlb edən məqam isə onun əynindəki plaş və “Betmen” maskasında olması idi.
Cia.az
