Paşazadələrin şəriki olmuş Müğdət Həşimov barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən M.Həşimov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində mayın 24-də hakim Mirpaşa Seyidovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, M.Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1 (vergidən yayınma) maddələr ilə də ittiham irəli sürülüb.
Tərəflər arasında şərikliyin şərtinə görə, Bank “VTB”dən 700 min manat götürülüb. Həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər M.Həşimovun öhdəliyində olub.
M.Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməli imiş. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə M.Həşimov arasında bölünməliymiş.
M.Həşimov deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə, onunla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub.
Cia.az
