|
Əlcəzairdə hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Əlcəzairdə Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 5 hərbi qulluqçu ölüb.

İnsident Tipaza əyalətində qeydə alınıb. İlkin versiyaya əsasən, helikopter yüksək gərginlikli elektrik xəttinə ilişərək yerə düşüb.

Cia.az