Şimali Koreyanın BMT daimi təmsilçisinin müavini Kim İn Ryonq ABŞ-la nüvə müzakirələrinin başlana bilməsi üçün ABŞ-ın qarşısına şərt qoyub.
O, ABŞ-dan Şimali Koreyaya qarşı düşmən siyasəti yürütməsini dayandırmağı tələb edib. Kim İn Ryonq BMT-nin baş ofisində keçirdiyi mətbuat konfransında Şimali Koreyanın son ballistik raket sınaqlarından sonra ABŞ-ın bu ölkəyə qarşı basqıların artırılması barədə çağırışını tənqid edib.
Ballistik raket sınaqlarının müdafiə məqsədi ilə həyata keçirildiyini qeyd edən Kim İn Ryonq ABŞ-ı beynəlxal ictimaiyyəti qorxutmaqda günahlandırıb.
Cia.az
