|
ABŞ-ın hücumu qeyri-qanunidir - Kreml

ABŞ-ın başçılıq etdiyi koalisiyanın Suriyadakı hücumları qeyri-qanunidir.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. “Toplantı keçirildi. ABŞ-ın dünən keçirdiyi əməliyyatlar müzakirə edildi. Bu kimi hücumların gərginliyin azadılması yolunda atılan addımları ləngitdiyi bildirildi”, - Rusiya rəsmisi bildirib.

Qeyd edək ki, dünən Suriya dövlət televiziyası ABŞ-ın Suriyanın Tanf bölgəsi yaxınlığında Əsəd rejiminə aid hərbi qüvvələri vurması ilə bağlı məlumat yaymışdı. Rusiya rəsmiləri ABŞ-ın bu zərbəsini pisləyiblər.

Cia.az