Uels sakini dünyanın ən acı istiotunu yetişdirib.
Bu barədə lenta.ru saytı “The Telegraph”a istinadən xəbər verib. 53 yaşlı Mayk Smit müxtəlif növ bitki və tərəvəzlər yetişdirir. Qeyd olunur ki, onun yetişdirdiyi “Şeytanın nəfəs alması” adlı istiot bu günə qədər yetişdirilən ən acı istiotdur. Britaniyalının istiotları bir metrlik ağacda yetişir. Yeri gəlmişkən, həmin ağac da “İlin bitkisi” nominasiyasına namizəddir. Britaniyalının özü istiotdan o qədər də böyük olmayan bir hissənin dadına baxıb. Amma o, bildirib ki, istiotun dadı o qədər acı olub ki, ondan kiçik bir hissəni çeynəmək üçün ona dəqiqələr lazım gəlib. Alimlərin fikrincə, bu cür acı istiotu axıra qədər yemək anafilaktik şoka səbəb ola bilər.
Smit Ginnesin Rekordlar Kitabına ərizə ilə müraciət edib. O, bununla da öz uğurunu sənədləşdirməyə cəhd göstərib.
Cia.az
