"Sevilya"nın baş məşqçsi Xorxe Sampaoli Argentina Futbol Federasiyasından təklif aldığını açıqlayıb.
Cia.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, təklifi müsbət cavablandırmaq üçün "Sevilya" rəhbərliyi ilə danışacağını deyib:
"Gənc yaşlarımdan Argentina millisində işləməyi arzulamışam".
X.Sampaoli bildirib ki, "Sevilya"dan ayrılması üçün federasiya və klub nümayəndələri arasında razılıq əldə olunmalıdır:
"Sevilya"dan təkcə Argentina millisi üçün ayrılaram. Bu, rədd edə bilməyəcəyim təklifdir"
Cia.az
