|
Azərbaycan Türkiyəni keçdi - medal sıralaması
 

“Bakı-2017”də bu gün üçün nəzərdə tutulan yarışlar yekunlaşıb.

Cia.az-ın xəbərinə görə, bu gün idmançılarımız daha 4 qızıl medal qazanıb.

Bununla da millimizin qızıllarının ümumi sayı 63-ə çatıb. Komandamız bu gün 2 gümüş və 2 bürüncü də aktivinə yazdıraraq medal sayını 124-ə çatdırıb. Bu nəticə ilə millimiz qızıl əyarında Türkiyəni keçərək ilk pilləyə yüksəlib.

İkinci yeri 61 qızıl medalla Türkiyə, üçüncü pilləni 20 qızıl medalla İran tutur

Cia.az