|
“Gücümüz birlikdədir” tamaşası yeni quruluşda

Bakı Uşaq Teatrında yeni quruluşda hazırlanan növbəti tamaşa “Gücümüz birlikdədir” adlanır.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa mayın 20-də təhvil veriləcək. Həm böyüklər, həm də azyaşlılar üçün nəzərdə tutulmuş eksperimental səhnə əsərində tamaşaçılar yaxından iştirak edir və rol bölgüsünü müəyyənləşdirirlər.

Tamaşa 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü ərəfəsində bir həftə ərzində nümayiş olunacaq.

Cia.az