Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi İnstaqram səhifəsində daha bir ailə şəklini paylaşıb.
Cia.az xəbər verir ki, şəkildə ölkənin birinci xanımı Mehriban Əliyeva mətbəxdə tort bişirdiyi yerdə əks olunub.
Leyla Əliyeva fotoşəkli belə şərh edib:
"Ananın hazırladığı “Napoleon” bütün “Napoleon”lardan dadlıdır!”.
Xatırladaq ki, Mehriban Əliyeva İlham Əliyevin 55 illik yubileyində də qutab bişirmişdi.
Cia.az



