“Monako” Fransa Liqasında 2016-2017 mövsümünün qalib olub.
Qol.az-ın xəbərinə görə, "knyazlıq klubu" çempionluğunu 37-ci turda öz meydanında "Sent Etyen"lə qarşılaşdığı oyunda rəsmiləşdirib.
Rəqibinə 2:0 hesabı ilə qalib gələn Leonardo Jardimin komandası mövsümün sonuna bir tur qalmış çempion adını qazanıb.
"Monako" bu qələbə sayəsində xallarını 92-yə yüksəldib və ən yaxın izləyicisi PSJ-ni 6 xal qabaqlayıb.
"Monako" - "Sent Etyen" 2:0
Qollar: Kilian Mbappe, 19, Valere Jermen, 90+3
Cia.az
