|
Qalib taekvandoçulara medalları İlham Əliyev təqdim edib

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında 80 kq-dək çəki dərəcəsində qalib gələn taekvandoçuların mükafatlandırılması mərasimi keçirilib. Cia.az xəbər verir ki, qaliblərə medalları Prezident İlham Əliyev təqdim edib. Bu çəki dərəcəsində təmsilçimiz Milad Beygi Harçeqani çempion olub.

Cia.az