|
Türkiyəli generallar Almaniyadan sığınacaq istədi

Ötən ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində iştirakda ittiham olunan iki general Almaniyanın Frankfurt şəhərində sığınacaq istəyib.

Trend-in məlumatına, həmin generallar Frankfurt hava limanına çatdıqdan sonra müvafiq orqanlara qaçqın statusunun alınması üçün müraciət ediblər.

İlkin araşdırmalardan sonra generallar Gisen şəhərindəki qaçqınların qəbul olunması üzrə məntəqəyə yerləşdiriliblər.

Cia.az