|
“Modern İpək Yolu Ortaq Tur Paketi” layihəsinin ikinci təqdimat ziyarəti həyata keçirilib

Türkdilli ölkələr əməkdaşlıq şurası (Türk şurası) tərəfindən hazırlanan və tarixi İpək yolu üzərində olan mühüm nöqtələrin kəşf edilməsi üzrə "Modern İpək olu Ortaq Tur Paketi" layihəsinin ikinci təqdimat ziyarəti 2017-ci ilin 12-25 may tarixləri arasında gerçəkləşdiriləcək. İlk belə təqdimat ziyarəti bu ilin 21 aprel-5 may tarixləri arasında həyata keçrilib.

Musavat.com-a verilən məlumata görə, 2014-cü ildə “Turizm əməkdaşlığı" mövzusunda Bodrumda təşkil olunan “Türk Şurası 4-cü zirvəsində üzv ölkləərin dövlət nazirləri tərəfindən alınan qərarlar çərçivəsində ı tarixi İpək yolunu daha cazibəli turizm bölgəsi halına gətirmək üçün “Türk Şurası Modern İpək Yolu Ortaq Tur Paket Layihəsi” işlənib hazırlanıb.

Modern İpək Yolu Ortaq Tur Paket Layihəsi və bu layihənin ikinci təqdimat ziyarəti haqqında mətbuat konfransı 2017-ci ilin may ayaının 19-da saat 9:30-10:30 saatları arası, Qafqaz City oteldə keçriləcək.

Konfrans və akkreditasiya ilə bağlı məlumatlar verilib.

Cia.az