Yeni İl gecəsi İstanbulun “Reina” klubuna hücumda 39 nəfərin həyatını itirməsi ilə nəticələnən terror aktının istintaqı davam edir.
Avropa.info xəbər verir ki, bir neçə gün əvvəl qətliamın icraçısı Maşaripovun şəbəkəsindən daha bir nəfər həbs olunub. Başakşehirdə həbs olunan Həsən Qulamovun İŞİD-də “Əbu Xaliq” kod adı ilə qeydiyyatda olduğu müəyyən olunub. Qulamov Hatay sərhəd məntəqəsindən Xalid Abdulla adına hazırlanmış saxta pasportla Türkiyəyə girib.
Qulamovun saxlanıldığı evdə 12 ədəd AK-47 Kalaşnikov avtomatı, 4 378 dollar, 3000 İsveç kronu ələ keçilib.
İstintaq zamanı Maşaripovun qaçması və gizlənilməsində rol oynayan “Danyelik” kod adlı bir şəxs də müəyyən edilib. Evdə tapılan avtomatlar da 12 avtomatı da “Danyelik” gətirilib.
Cia.az
