|
Sabahın hava proqnozu:

Mayın 18-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək.

Ekologiy və Təbii Sərvətlər Nazirliyindən Cia.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 12-15° isti, gündüz 20-25° isti, Bakıda gecə  13-15° isti, gündüz  22-24° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  762 mm civə sütunu, nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17° isti, gündüz  25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir. 

Cia.az