|
Millimiz Makedoniya ilə heç-heçə etdi

Makedoniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Cia.az-ın məlumatına görə, Makedoniyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, yığmamız Makedonniya ilə daha bir yoxlama görüşünə çıxacaq

Cia.az