|
“Avropa və Macarıstanın təhlükəsizliyi Türkiyəyə bağlıdır” – Orbandan Ərdoğana dəstək

inin paytaxtı Pekində keçirilən Beynəlxalq Əməkdaşlıq və Yol Forumunda iştirak edən Macarıstan baş naziri Viktor Orban ictimai televiziyaya verdiyi açıqlamada Türkiyə prezidenti Ərdoğanla görüşündən danışıb.

Avropa.info xəbər verir ki, Orban Türkiyənin Macarıstanın təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb etdiyini deyib.

“Prezident Rəcəb Tayyib Ərdoğana hər zaman hörmət etmişik. Avropa və Türkiyənin təhlükəsizliyi böyük səviyyədə Türkiyəyə bağlıdır. Çünki Türkiyə bu gün inkişaf edən ölkədir və xarici miqrasiyanın qarşısını ala bilir. Türk-Macar münasibətlərinin mükəmməl olması Macarıstan beynəlxalq təhlükəsizliyinin bir hissəsidir” – Macarıstan prezidenti belə deyib.

Qeyd edək ki, Macarıstan prezidentinin mətbuat xidməti Budapeştdəki Osmanlı dövrünə aid Gül Baba türbəsinin restavrasiyasının tezliklə başa çatacağını, türbənin Ərdoğanın iştirakı ilə açılış mərasiminin keçiriləcəyi haqda məlumat yayıb.
Cia.az